İsveçin Baş naziri istefa verdi

28.06.2021 - 18:35

 

İsveçin Baş naziri istefa verdi

 

İsveç Baş naziri Stefan Löven parlamentin sədrinə istefaya getdiyini söyləyib.

Bu barədə Nazirlər Kabineti rəhbəri bu gün keçirdiyi mətbuat konfransında bildirib.

“Sədrdən məni baş nazir vəzifəsindən azad etməyi xahiş etdim. Spiker yeni hökumət formalaşdırmağa çalışacaq”, – o deyib.

Qeyd edək ki, iyunun 17-də populist İsveç Demokratları Partiyası baş nazirə etimad məsələsi üzrə parlament səsverməsi keçirilməsini tələb etmişdi. Daha əvvəl isə Solçu Partiyanın lideri Nuşi Dadqostar hökumətin yeni evlərdə kirayə mənzillərə bazar qiymətlərini tətbiq etmək təklifinə görə Lövenə etibar etmədiyini söyləmişdi. İyunun 21-də parlamentdə Lövenə etimad məsələsi üzrə səsvermə keçirilib və deputatlardan əksəriyyəti – 349 nəfərdən 181-i hökumət başçısına etimad göstərmədiyini bildirib. Bundan sonra onun iki seçim variantı var idi – istefaya getmək və ya növbədənkənar seçkilər elan etmək. Göründüyü kimi, Löven birincini seçib. (report)

Short URL: http://www.cumhuriyyet.net/?p=164600

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31