Amsterdamdan ÇAĞIRIŞ: Alkoqol və seks üçün bu şəhərə GƏLMƏYİN

28.06.2021 - 18:38

 

Amsterdamdan ÇAĞIRIŞ: Alkoqol və seks üçün bu şəhərə GƏLMƏYİN

 

Amsterdam Şəhər Şurası buraya gəlmək istəyən turistlər və ziyarətçilər üçün maraqlı çağırış edib.

Şəhər Şurasının çağırışında “alkoqol və seks üçün Amsterdama gəlməyin” ismarıcı yer alıb.

Məlum çağırışın pandemiyadan sonra yaranmış vəziyyətlə əlaqələr olduğu vurğulanır: “Şəhər turizmi çöksə də indi rahatıq. Amsterdam amsterdamlılara qaldı. İndi daha sakit bir həyatımız var. Bundan məmnunuq. Biz akoqol və psixotrop maddələr qəbul etmək istəyən, Qırmızı İşıq prospektinə seks üçün gələn turistləri burada görmək istəmirik və onları xoş qarşılamayacağıq. Amsterdamın tursitlərə ehtiyacı var. Onlar olmasa, muzeylər, tarixi binalar ayaqda dura bilməz. Amma biz normal turistlər istəyirik”.

Yayılan məlumatlara görə, Şəhər Şurası bu məqsədlə 100 milyon avroluq reklam kampaniyasına başlayıb. Reklamda Amsterdama və buranın yerli sakinlərinə sayğı duyanlara şəhərin qapılarının açıq olduğu bildirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=164602

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31