“Bayraktar TB2” üçün daha bir ölkənin elçiləri qapıda – FOTO

29.06.2021 - 09:13

 

"Bayraktar TB2" üçün daha bir ölkənin elçiləri qapıda - FOTO

 

Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) şöhrəti getdikcə daha geniş yayılır.

Artıq Albaniya da ölkənin milli təhlükəsizliyini artırmaq məqsədilə türk PUA-larını əldə etməyə hazırlaşır.

Belə ki, Albaniya parlamenti məhz bu məqsədlə ölkənin hərbi büdcəsinin 8.2 milyon avro artırılması barədə təklifi təsdiq edib.

Qərarın Albaniya DİN rəhbəri Blear Çuçi və yüksək rütbəli hərbçilərin Türkiyəyə səfərinin ardından qəbul edildiyi bildirilib. Səfər çərçivəsində albaniyalı qonaqların “Baykar” hərbi zavodunda olduğu və məşhur “Bayraktar” PUA-ları ilə yaxından tanışlığı qeyd edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=164608

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31