Yunanıstandan BİABIRÇI ADDIM: 12 nəfəri çılpaq şəkildə… – FOTO

Türkiyə Milli Müdafiə Nazirliyi Yunanıstan təhlükəsizlik orqanlarının 42 miqrantı soyunduraraq çılpaq vəziyyətdə qardaş ölkəyə göndərdiyini açıqlayıb.
Türkiyədən qaçaq yolla Yunanıstana daxil olmaq istəyən 42 miqrantdan 12-si tam çılpaq vəziyyətdə olub. Türkiyə tərəfi onları Ədirnə ərazisində qarşılayıb. Həmin miqrantların insani ehtiyaclarını qarşılamaq üçün Ədirnə valiliyinin sərhəd-nəzarət nöqtəsinə keçidinə icazə verib.
Miqrantlar Yunanıstan hüquq-mühafizə orqanları tərəfindən zorakılığa məruz qaldıqlarını iddia ediblər. Mənsubiyyəti açıqlanmayan miqrantlar Ədirnə Jandarma Təşkilatına təhvil verilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=164627