Türkiyədə “Delta” ştammı sürətlə yayılır: İstanbul TƏHLÜKƏ ALTINDA

Türkiyənin 26 vilayətində koronavirusun “Delta” ştammı aşkarlanıb.
Bu bardə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.
Nazir qeyd edib ki, koronavirus vaksinasiyasında “xatırlatma” dozasının yaşı 60-dan yuxarı olan şəxslərə və tibb işçilərinə tətbiqi gündəmdədir.
“”Delta” ştammına yoluxma sayının 138-ə çatdığını bildirmişdim. Bu rəqəm artıq 224-ə yüksəlib. Ölkədə “Delta plus” ştammı isə aşkarlanmayıb. Öncə 16 vilayətdə aşkarlanan “Delta” ştammı, artıq 26 vilayətdə təsbit edilib. Bu ştamma yoluxanların 134-ü İstanbuldadır”, – nazir əlavə edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=164675