DƏHŞƏT: 10 yaşlı qız qocalıqdan öldü – FOTO

02.07.2021 - 10:12

 

DƏHŞƏT: 10 yaşlı qız qocalıqdan öldü - FOTO

 

Ukraynanın Vinnisk əyalətinin 10 yaşlı sakini İra Ximiç qocalıqdan ölüb.

Uşağın ölümü barədə onun anası özünün feysbukdakı səhifəsində bildirib.

“İra öldü. Dünən onun ürəyi dayandı. Günəşim bağışla ki, bu dəfə səni xilas edə bilmədik”, – qadın sosial şəbəkədəki hesabında yazıb.

Qız proqeriya – nadir sağalmaz genetik xəstəlikdən əziyyət çəkib. Xəstəlik həmçinin Hatçinson-Qilfor sindromu kimi məşhurdur.

Bu xəstəlikdən əziyyət çəkən insanlarda orqanizmin vaxtından əvvəl qocalması ilə şərtlənən dərinin və daxili orqanların dəyişiklikləri baş verir. Körpə bir neçə ay normal inkişaf edir, amma sonra onun qocalması prosesi dəfələrlə sürətlənir.

Hərçənd uşaq proqeriyası anadangəlmə də ola bilər, adətən onların əksəriyyətində kliniki əlamətlər iki-üç yaşda ortaya çıxır. Uşağın fiziki artımı kəskin yubanır, dəri nazikləşir, quru olur və qırışır. (“Report”)

Short URL: http://www.cumhuriyyet.net/?p=164727

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31