Haiti prezidentinin qətli ilə bağlı 19 nəfər saxlanıldı

10.07.2021 - 11:22

 

Haiti prezidentinin qətli ilə bağlı 19 nəfər saxlanıldı

 

Haiti hüquq-mühafizə orqanları Prezident Jovenel Moizinin sui-qəsdində iştirak etməkdə şübhəli bilinən 19 nəfəri saxlayıb.

Bu barədə Haiti polisinin “Facebook” səhifəsində məlumat verilib.

Bildirilib ki, nəzarət altına alınanlardan 17-si kolumbiyalı və 2-si Haiti əsilli amerikalıdır. Qeyd olunur ki, polis hazırda gizlənən daha altı nəfərin axtarışını davam etdirir.

Xatırladaq ki, Haiti prezidenti Jovenel Moizi iyulun 7-də yaşadığı evə naməlum silahlıların hücumu nəticəsində qətlə yetirilib. Həyat yoldaşı Martin Moizin vəziyyəti ağırdır. Ölkənin baş naziri vəzifəsini müvəqqəti icra edən Klod Jozefin sözlərinə görə, hücumu icra edənlərdən bəziləri ingilis və ispan dillərində danışırmış.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=164993

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930