Ərdoğanın olduğu helikopter məcburi eniş etdi – VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın olduğu helikopter məcburi eniş etməli olub.
Artvindən havaya qalxan helikopter güclü yağış səbəbindən Rizə hava limanına məcburi eniş edib. Helikopter Rizənin Mədənli və Böyükkənd qəsəbələrinə getməli idi.
Daha sonra Ərdoğan Rizə hava limanından avtomobillə Trabzon şəhərinə yola düşüb.
Short URL: http://www.cumhuriyyet.net/?p=165316