Alimlər koronavirusun uşaqlarda təhlükəli təsirlərinin səbəbini aşkarladı

26.07.2021 - 19:21
Alimlər koronavirusun uşaqlarda təhlükəli təsirlərinin səbəbini aşkarladı

 

Massaçusets və Harvard Tibb Məktəblərinin alimləri koronavirusun uşaq və yeniyetmələrə uzunmüddətli təsirindən və səbəblərindən söz açıb.

Uzun müddət davam edən infeksiyanın ilk əlamətləri arasında yüksək hərarət, qarın ağrısı, qusma, ishal, ürək çatışmazlığı, şiddətli baş ağrısı və yorğunluq olduğu qeyd olunur. Mədə-bağırsaq traktının xəstəliklərinin azyaşlılar arasında daha az rast gəlinməsinə baxmayaraq, həkimlər bildirib ki, tamamilə istisna edilmir.

Bildirilib ki, koronovirus infeksiyasından iki və ya dörd həftə sonra çoxsistemli iltihab sindromunun (MIS-C) inkişaf riski yüksəkdir. O da öz növbəsində ürək-damar sisteminə və koronar arteriyalara zərər verir.

Alimlər səbəblərini öyrənmək üçün 100 uşağın iştirak etdiyi bir təcrübə aparıb. Beləliklə, MIS-C xəstələrində virusun bağırsaqlarda qaldığı ortaya çıxıb. Mədə-bağırsaq traktında olan SARS-CoV-2 hissəciklərinin qan dövranına daxil olduğu, bədəndə MIS-C üçün xarakterik olan bir immun reaksiyaya təkan verdiyi müəyyən edilib.

Mütəxəssislər qeyd edib ki, bu, qandakı MIS-C viral hissəciklərinin hiperinflamatuar reaksiya ilə üst-üstə düşdüyünü göstərən ilk işdir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=165370

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031