Dünyanın ƏN ZƏNGİN insanları – YENİ SİYAHI

31.07.2021 - 18:48

“Amazon” şirkətinin banisi Ceff Bezos dünyanın ən zəngin insanlarının reytinq siyahısına liderliyini itirib.

Bununla bağlı yeniliklər real zaman rejimi ilə yenilənən “Forbes Real-Time”ın siyahısında çıxıb.

Hazırda Bezosun sərvəti 192,4 milyard ABŞ dollar məbləğində qiymətləndirilir.

Onun sərvəti bir gün ərzində 6,76 faiz və ya 13,9 milyard ABŞ dolları azalıb.

Dünyanın ən zəngin insanlarının reytinq siyahısının lideri “Louis Vuitton Moët Hennessy” (LVMH) şirkətinin sahibi Bernar Arno olub. “Forbes”in versiyasına görə, onun sərvəti 192,9 milyard ABŞ dollarına çatır.

Siyahıda üçüncü yeri “SpaceX”-in rəhbəri, “Tesla”nın baş direktoru İlon Mask tutur. Onun sərvəti bir gün ərzində 2,2 milyard ABŞ dolları artıb və 179,4 milyard ABŞ dolları olub. Bezosun sərvəti “Amazon”un səhmlərinin ucuzlaşmasına görə azalıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=165561

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930