Türkiyədə sönən yanğınlar niyə yenidən alovlanır? – İLGİNC SƏBƏB

04.08.2021 - 17:40

Türkiyədə söndürülən yanğın ocaqlarının yenidən alovlanmasının səbəbləri ilə bağlı ilginc versiyalar səsləndirilir.

Hazırda hadisə yerində olan yanğınsöndürənlərimizdən əldə etdiyimiz məlumatlara görə, passiv yanğın ocaqlarının yenidən alovlanmasının səbəbkarları meşədə və yaxınlıqdakı ərazilərdə gizlənən PKK terrorçularıdır.

Terrorçular söndürülmüş ərazilərdə yenidən yanğın ocaqları yaratmaqla Türkiyənin işini çətinə salmaq istəyirlər:

“Xüsusi alışan maddələr var, yanğın söndürüldükdən sonra yenidən PKK-çılar həmin maddələri oraya tökürlər və yanğın yenidən qızışır. Bundan sonra isə ya “etibarlı”, təhlükəsiz yerdə gizlənirlər, ya da bunu gecə ilə edib aradan çıxırlar. Alışma ard-arda baş verir, nəticədə ətrafda istilik yaranır və meşənin yanmayan talalarını da alov bürüyür. Aidiyyəti qurumlar da bilmirlər ki, onlarla mücadilə aparsınlar, yoxsa yanğını söndürsünlər”.

Qeyd edək ki, bununla bağlı Türkiyə mediasında da anoloji fikirlər səsləndirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=165646

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31