“Bu yanğın Azərbaycanla Türkiyəni bir-birinə daha da yaxınlaşdırdı” – Deputat

07.08.2021 - 12:38

 

"Bu yanğın Azərbaycanla Türkiyəni bir-birinə daha da yaxınlaşdırdı" - Deputat

 

“Türkiyədə baş verən meşə yanğınları sıradan bir təbiət hadisəsi deyil, beynəlxalq terrordur, türk dünyasına, Türkiyəyə və Azərbaycana qarşı yüzillərdən bəri aparılan soyqırımı siyasətinin tərkib hissəsidir. Bunu PKK terror təşkilatına bağlı olan “Atəşin uşaqları təşəbbüsü” qrupunun həmin yanğınlara görə məsuliyyəti öz üzərinə götürməsi də təsdiq edir. Həmin qrupun erməni terrorçu təşkilatı ASALA-nın təşəbbüsü ilə yaradılması və onun üzvlərinin ASALA düşərgələrində təlimlər keçməsi artıq hamıya məlumdur. Yenə türk-müsəlman dünyasına düşmən Qərb, yenə Qərbin əlində murdar alət olan ermənilər!”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Əziz Ələkbərli deyib.

Millət vəkili bildirib ki, artıq xeyli vaxt idi ki, Ərdoğan Türkiyəsinin müstəqil siyasət yeritməsini, Yaxın Şərqdə müharibə ocaqları yaradaraq bu münaqişələri onillər boyu sürdürüb, bu ölkələrin sərvətlərini sümürmək məqsədi güdən imperialist Qərbin çirkin planlarını pozmasını, terrora qarşı İraq və Suriyada hərbi əməliyyatlar aparmasını həzm edə bilmirdilər:

“32 il ermənilərin əli ilə Azərbaycana qarşı yürüdülən işğal siyasətinə göz yuman ermənipərəst qüvvələr Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı qələbəsindən, üstəlik bu müharibədə Türkiyənin Azərbaycana açıq-aşkar siyasi dəstək verməsindən sonra bir az da quduzlaşıblar. Yenə ermənilərə silah-sursat, pul-para göndərir, onları əllərində alət kimi saxlamaqda davam edərək yeni təxribatlara, münaqişələrə təhrik edirlər. Budur, Türkiyənin meşələri yandı, xeyli maddi ziyan dəydi, lakin bunlar Türkiyə nəhənglikdə bir dövləti sarsıdacaq gücdə deyil, yanğınlar da söndürüləcək, meşələr də bərpa olunacaq, evlər də təzədən tikiləcək. Amma Türkiyə Ermənistana hava yollarını bağladı, sabah Türkiyədən pul qazanıb Ermənistana daşıyan 80 min nəfər Ermənistan ermənisi də ölkədən çıxarıla bilər, çünki son hadisələr sübut etdi ki, Türkiyədə barınan hər bir Ermənistan ermənisi potensial terrorçudur. Onda Ermənistanın vəziyyəti necə olacaq? Halbuki hazırda Ermənistan o vəziyyətdədir ki, necə deyərlər, burnunu tutsan, canı çıxar. Yenə olan erməniyə olacaq, necə deyərlər, “altda qalanın canı çıxsın!”

Deputatın sözlərinə görə, digər tərəfdən, bu yanğın Azərbaycanla Türkiyəni bir-birinə daha da yaxınlaşdırdı:

“Azərbaycan dövləti və Azərbaycan insanı qardaş Türkiyənin köməyinə qaça-qaça getdi, yanğınsöndürmə işinə sevgi ilə girişdi. “Azərbaycandan olan yanğınsöndürənlərin yanğınsöndürmə əməliyyatlarında yüksək peşəkarlıq və sevgi ilə iştirak etdiyini” möhtərəm Prezidentimizlə dünənki telefon söhbətində cənab Ərdoğan xüsusi vurğuladı. Dünya bir daha şahid oldu ki, bu iki ölkə, bu iki dövlət sözün həqiqi mənasında bir millət, “bir Ananın iki oğlu”dur. Azərbaycan yanğınsöndürəni özünü yanan evə ataraq Türk bayrağını xilas etdi, Türk idmançısı Olimpia oyununda erməniyə qalib gələrək Azərbaycan bayrağını qaldırdı. Əslində, bunlar bütün dünyaya mesaj idi, bütün dünya bir daha əmin oldu ki, bu iki dövləti və onların xalqlarını heç vaxt bir-birindən ayırmaq mümkün deyil. Əslində, bu birlik əvvəldən də vardı, yüzillər boyu onu məhv etməyə çalışsalar da, zaman göstərdi ki, bu, mümkün olmamışdır və ilk fürsətdə bu iki qardaş yenidən bir-birinə sarıldı. Düşmən düşmənçiliyini davam etdirdikcə biz daha da yaxınlaşdıq”.

Əziz Ələkbərlinin sözlərinə görə avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında bildirdi ki, əlavə 40 ədəd yanğınsöndürən maşını da yola çıxıb və tezliklə yanğın zonasına yetişəcək, bununla ərazidə xidmət göstərən yanğınsöndürən maşın və texnikanın sayı 93-ə çatacaq:

“Dövlət başçımız yanğın zonasında 510 nəfər azərbaycanlı yanğınsöndürənin fəaliyyət göstərdiyini diqqətə çatdırdı və bildirdi ki, yaxın günlərdə onların sayı 710 nəfərə çatdırılacaq. Necə ki 44 günlük Vətən müharibəsində bütün Türkiyə ayaq üstə dayanaraq “Can Azərbaycan, yanındayıq”, – deyirdi, indi də bütün Azərbaycan ayaq üstə dayanaraq, “Qardaş Türkiyə, yanındayıq”, – deyir və ürəklərdə məşhur şeirə yeni misralar əlavə olunur:

Bir bədəndə iki ürək, iki can,

Biri Türkiyə, biri Azərbaycan!”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=165729

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930