Dükana Ərdoğanın şəklini asan şəxs CƏZALANDIRILDI

İsrailin nəzarətində olan Qüdsün Silsilə qapısı adlanan bölgəsində yerləşən dükanına Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın fotosunu asan fələstinli mağaza sahibi polislər tərəfindən cəzalandırılıb.
Ərdoğanın fotosunu dükandan asan İmad əbu Xədicə İsrailin hüquq-mühafizə orqanları tərəfindən cərimələnib. Ona həmçinin xəbərdarlıq da edilib. İmad əbu Xədicə mediaya açıqlamasında dükanına qəflətən basqın edildiyini açıqlayıb:
“Fotoya görə niyə cərimə olunduğumu soruşdum, bir kəlimə ilə dedilər ki, qadağandır”.
Short URL: http://www.cumhuriyyet.net/?p=165865