Güclü yağış Yaponiyanı iflic etdi: ölən və itkin düşənlər var

14.08.2021 - 10:31

 

Güclü yağış Yaponiyanı iflic etdi: ölən və itkin düşənlər var

 

Yaponiyada son üç sutkada davam edən güclü yağışlar nəticəsində Naqasaki prefekturasında bir nəfər həyatını itirib, daha iki nəfər isə itkin düşüb.

Güclü yağışların əmələ gətirə biləcəyi torpaq sürüşmələri və daşqınlarla əlaqədar ölkənin cənub-qərbində yerləşən Naqasaki, Saqa və Hiroşima prefekturalarının 1 milyon 200 mindən çox sakininə təxliyə xəbərdarlığı göndərilib.

Həmin regionlarda ən yüksək – beşinci dərəcə təhlükə xəbərdarlığı elan edilib. Son üç sutka ərzində həmin rayonlarda təqribən 800 millimetr yağıntı düşüb ki, bu da normadan üç dəfə çoxdur.

Fəlakət zonasında axtarışların aparılması və leysan yağışların nəticələrinin aradan qaldırılmasına kömək üçün Yaponiya özünümüdafiə qüvvələrinin 160 hərbiçisi göndərilib.

Yaponiya Meteorologiya Agentliyinin proqnozlarına görə, Yaponiyanın cənub-qərb regionlarında güclü yağıntılar hələ bir neçə gün davam edəcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=165991

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031