“Taliban” ABŞ-ın Əfqanıstanda məğlub olduğunu ELAN ETDİ

“ABŞ Əfqanıstanda məğlub oldu və məqsədlərinə çatmadı”.
Bunu “Taliban” hərəkatının nümayəndəsi Zabihullah Mücahid deyib.
O, hərəkatın ABŞ-la yaxşı münasibətlər qurmaq niyyətində olduğunu da əlavə edib.
Qeyd edək ki, avqustun əvvəlində “Taliban” Əfqanıstanda hökumət qüvvələrinə qarşı hücumlarını gücləndirdi. Avqustun 15-də paytaxt Kabilə girərək prezident sarayını nəzarətə götürd. Bir gün sonra Əfqanıstanda müharibənin bitdiyini və ölkədəki idarəetmə formasının yaxın gələcəkdə aydınlaşacağını açıqladı.
Çərşənbə axşamı gecə saatlarında Pentaqon ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasının başa çatdığını və 20 illik missiyanın bitdiyini açıqladı.
Bilirək ki, əcnəbilərin və müttəfiqlərin təxliyəsinin aparıldığı Kabildəki hava limanı “Taliban” hərəkatının tam nəzarətinə keçib.
Short URL: http://www.cumhuriyyet.net/?p=166403