ABŞ Əfqanıstana yenidən qayıdır

06.09.2021 - 18:07
ABŞ Əfqanıstana yenidən qayıdır

Ötən həftə sonuncu ABŞ əsgərlərinin bölgədən çıxarılması ilə ABŞ-ın Əfqanıstandakı 20 illik varlığı sona çatdı. ABŞ-ın respublikaçı senatoru Lindsey Graham mövzu ilə əlaqədar açıqlamalar verərək, Amerika ordusunun yaxın gələcəkdə Əfqanıstana dönə biləcəyini söyləyib.

Senator Baydenin geri çəkilmə əməliyyatı ilə əlaqədar bütün tövsiyələrə məhəl qoymadığını iddia edərək, ABŞ-ın Əfqanıstana qayıtmaqdan başqa çarəsi olmadığını söyləyib.

“Başqa çarəmiz yoxdur, Əfqanıstana qayıdacağıq” – L.Graham qeyd edib.

Vaşinqton idarəçiliyinin həqiqətən taliblərin de-fakto nəzarəti altında olan ölkəyə qayıtmaq istəyəcəyi ilə bağlı suala Graham belə cavab verib: “Terror təhlükəsi artacağı üçün sonda məcbur olacağıq. Bu bölgə ekstremist qruplar üçün cəlbedicidir. Əl-Qaidə terrorçuları oranı sığınacaq halına gətirə bilər”.

Tarixi geri çəkilmə problemi səbəbiylə ABŞ Prezidenti Co Baydenin vəzifədən getməsini tələb edən Graham, 11 sentyabr hadisəsinin təkrarlana biləcəyinindən narahatlığını ifadə edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=166574

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31