İran “Taliban”ın Pəncşirə hücumunu QINADI

07.09.2021 - 09:37

 

İran "Taliban"ın Pəncşirə hücumunu QINADI

“İran Əfqanıstanın paytaxtı Kabilin şimalındakı Pencşir vilayətinə “Taliban” tərəfindən həyata keçirilən hücumları qınayır, problemləri həll etmək üçün münaqişə tərəflərini dialoqa çağırır”.

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Hatibzadə paytaxt Tehranda keçirdiyi mətbuat konfransında deyib.

Hatibzadə Pəncşirdəki vəziyyəti “narahatlıq doğuran” bir vəziyyət olaraq xarakterizə edib. O deyib ki, hər iki tərəf də bu yolun qardaşların qırğını ilə nəticələnməsinə imkan verməməlidir:

“Pəncşir xalqı aclıq çəkir və suyu və işığı kəsilərkən mühasirəyə düşür. “Taliban” beynəlxalq qanunlara görə öhdəliklərinə əməl etməlidir”.

Hatibzadə bu ölkədə yeganə həll yolunun Əfqanıstanda bütün tərəflər arasında dialoq və əhatəli hökumət qurmaq olduğunu vurğulayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=166605

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930