Həlak olan rus nazirin vəzifəsi erməniyə tapşırıldı

Yevgeni Ziniçevin faciəli ölümündən sonra Rusiyanın Fövqəladə hallar naziri səlahiyyətlərinin icrasını müvəqqəti olaraq nazirin birinci müavini, daxili xidmət general-polkovniki Aleksandr Çupriyan yerinə yetirəcək.
Bu barədə RİA-Novosti-yə situasiya ilə tanış olan mənbə bildirib.
“Ziniçevin həlak olmasından sonra Rusiya Fövqəladə Hallar nazirinin vəzifələri daxili xidmət general-polkovniki Aleksandr Petroviç Çupriyana həvalə ediləcək”, – deyə agentliyin həmsöhbəti vurğulayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=166647