Rusiya NATO-ya qarşı: Avropa ordusu qorxusu böyüyür

09.09.2021 - 11:39

 

Rusiya NATO-ya qarşı: Avropa ordusu qorxusu böyüyür

 

NATO-nun baş katibi Yens Stoltenberq qeyd edib ki, Avropa İttifaqı ordusunun yaradılması transatlantik ittifaqı zəiflədə və Avropanı parçalaya bilər. Onun fikrincə, Qərbin kifayət qədər resursu yoxdur, ona görə də NATO-nun malik olduğu funksiyaların təkrarlanmasının qarşısını almaq lazımdır.

Rusiya Federasiya Şurasının senatoru Aleksey Puşkov NATO-nun baş katibinin Avropa İttifaqının sürətli reaksiya qüvvəsi yaratmaq ideyasının təhlükəsi ilə bağlı bəyanatına münasibət bildirib.

“NATO narahatdır, əfqan sindromu Avropaya yayıldı. ABŞ-a olan inamsızlıq və müttəfiqləri müdafiə etmək istəyi NATO-dan asılı olmayan müstəqil Avropa Silahlı Qüvvələrinin yaradılmasının lehinə çıxışlara gətirib çıxardı” – Puşkov qeyd edib.

Onun sözlərinə görə, “muxtariyyət” haqqında belə ideyanın mövcudluğu hərbi sferada ABŞ-dan nümunədir, amma hansı ki, bu haqda Avropa liderlərinin danışdıqları görünməmiş inadkarlıqdır.

“Əfqanıstan ABŞ-ı uzun müddət təqib edəcək. Və bu, tək nəticə deyil” – senator vurğulayıb.

Daha əvvəl Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel və Aİ hərbi komitəsinin sədri Klaudio Qraziano təşkilat daxilində ən az 5 min nəfərdən ibarət çevik reaksiya qüvvəsi yaratmağa çağırmışdılar.

Short URL: http://www.cumhuriyyet.net/?p=166671

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31