İranda güclü zəlzələ oldu

İranda 5,1 bal gücündə zəlzələ baş verib.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin yaydığı xəbərə görə, yeraltı təkanların episentri Qoçan şəhərindən 43 kilometr şimal-şərqdə, ocağı isə 2 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib. (trend)
Short URL: http://www.cumhuriyyet.net/?p=166769