Türkmənistanda 2064 məhkum əfv edildi

21.09.2021 - 09:43

 

Türkmənistanda 2064 məhkum əfv edildi

 

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun sərəncamı ilə dövlət müstəqilliyinin əldə olunmasının 30-cu ildönümü şərəfinə 2064 məhkum əfv edilib.

Əhv olunanlar arasında arasında 2058 Türkmənistan vətəndaşı və 6 xarici dövlətin vətəndaşı var.

Prezident Qurbanqulu Berdiməhəmmədov bu gün Nazirlər Kabinetinin genişləndirilmiş iclasında müvafiq fərmanı imzalayıb.

Əfv olunanlar “əsas cəzanı daha sonra həbs cəzası çəkməkdən, habelə müəyyən bir ərazidə yaşamaq öhdəliyi tətbiq etmək şəklində əlavə cəzadan” azad ediliblər.

Türkmənistan Prezidenti hüquq-mühafizə orqanlarının rəhbərlərinə əfv olunanların tezliklə həbs yerlərindən azad olunmaları və evlərinə qayıtmaları üçün müvafiq tədbirlərin görülməsini tapşırıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=166951

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31