Avropa Parlamentinin prezidenti xəstəxanaya yerləşdirildi

21.09.2021 - 10:42

Avropa Parlamentinin prezidenti David Sassoli pnevmaniya səbəbindən Strasburqda xəstəxanaya yerləşdirilib.

 

Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

 

Həkimlər onun vəziyyətini normal qiymətləndirirlər.

 

“Müayinə nəticəsində ona pnevmaniya diaqnozu qoyulmuşdu, sonra müvafiq müalicə keçirilib. Onun vəziyyəti yaxşıdır”, – siyasətçinin mətbuat xidməti bildirib.

 

Qeyd edək ki, 65 yaşlı Sassoli Avropa Parlamentinin plenar sessiyası zamanı xəstəxanaya aparılıb. Bundan əvvəl bildirilib ki, Sassoli koronavirus testi verib, nəticə mənfi olub.

 

O, ilk dəfə ötən ilin martında koronavirusa görə karantinə alınıb. Sassoli Brüsseldə evində həkim nəzarəti altında saxlanılıb.

 

Həmin vaxt Avropa Parlamentinin prezidentinin ehtiyat tədbiri məqsədi ilə karantinə alındığı bildirilirdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=166956

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31