19 nazirdən yalnız 3-ü kürsüsünü SAXLADI

Yaponiyada yeni baş nazir seçilib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, eks-XİN başçısı Fumio Kisida yeni hökumətə rəhbərlik edəcək.
Kisida 19 nazirdən yalnız 3-nü vəzifəsində saxlayıb. Onlar arasında XİN başçısı Tosimitsa Moteqi, müdafiə naziri Nobuo Kisi və iqtisadiyyat naziri Koiti Haqiuda yer alıb.
Yeni qurulan hökumət müvəqqəti olacaq. Belə ki, oktyabrın 31-də ölkədə növbəti növbədənkənar parlament seçkiləri baş tutacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=167277