ÜST AÇIQLADI: yavaşlayıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus infeksiyasının yayılmasının yavaşladığını açıqlayıb.
ÜST-nin məlumatına görə, bir həftə ərzində yeni infeksiyaların sayı 9% azalıb.
“COVID-19-dan yoluxma və ölümlərin sayı həftə ərzində azalmağa davam edib. Bu tendensiya avqust ayından müşahidə olunur. Sentyabrın 27-dən oktyabrın 3-dək 3,1 milyondan çox yoluxma, 54 mindən çox ölüm faktı qeydə alınıb”, – məlumatda bildirilib.
Lakin pandemiya ABŞ, Böyük Britaniya, Türkiyə, Rusiya və Hindistanda artmağa davam edir.
Short URL: http://www.cumhuriyyet.net/?p=167365