Mövlud Çavuşoğludan İrana cavab: “Kimsə boş yerə narahat olmasın”

07.10.2021 - 14:10

“Türkiyə və Azərbaycan arasındakı münasibətləri heç kim poza bilməz. Boş yerə səy göstərməsinlər, enerji sərf etməsinlər”.

 

Bu sözləri “Report”a Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

 

“Biz beynəlxalq hüquq normalarına uyğun olaraq, Türkiyədə, Azərbaycanda hərbi təlimlər keçirə və əməkdaşlıq edə bilərik. Sadəcə, Azərbaycan deyil, Türkiyə də daxil olmaqla hər bir ölkə istənilən dövlətlə müxtəlif sahələrdə əlaqələr qura bilər. Əgər onların bizə zərəri yoxdursa, bu ölkələrə üzümüzü çevirib “siz niyə belə edirsiniz?” sualını vermirik. Bizim də Azərbaycanla olan yaxın qardaşlığımız, münasibətimiz və iş birliyimiz, hərbi təlimlərimiz kiminsə əleyhinə deyil. Ona görə də kimsə boş yerə narahat olmasın. Bizim bu birliyimiz başqalarının əleyhinə olan bir qardaşlıq və həmrəylik deyil”, – o bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=167402

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31