Faciə zamanı Çernobıl AES-ə rəhbəri olan şəxs vəfat etdi

1986-cı ildə baş vermiş faciə zamanı Çernobıl Atom Elektrik Stansiyasına (AES) rəhbərlik edən Viktor Bryuxanov vəfat edib.
Bu barədə AES-in mətbuat xidməti məlumat yayıb.
84 yaşında vəfat edən Bryuxanov 1970-ci ildə Çernobıl AES-də vəzifəyə təyin edilib. O, əvvəlcə stansiyanın inşasına, daha sonra isə 1986-cı ilin aprelinə qədər stansiyaya rəhbərlik edib. Çernobıl AES-də baş vermiş partlayışdan sonra o, vəzifədən kənarlaşdırılıb.
Xatırladaq ki, Çernobıl AES-də faciə 26 aprel 1986-cı ildə baş verib, stansiyanın dördüncü enerji bloku partlayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=167604