cumhuriyyet.net
İran yük maşınlarına Qarabağa və Laçına girməyi QADAĞAN ETDİ • Cumhuriyyət
İranlı sürücülərin və bu ölkə vətəndaşlarının Ermənistan vasitəsi ilə Azərbaycan Respublikasının Qarabağ bölgəsinə və Laçın rayonlarına girişi qadağan edilib. Bu barədə İranın “Mehr” Agentliyi məlumat yayıb. Bildirilib ki, İranın Yollar və Nəqliyyat Agentliyinin nəqliyyat şirkətlərinə göndərdiyi sənəddə bu qadağadan bəhs edilib. Sənədə əsasən, Qarabağ bölgəsi ilə hər hansı bir ticarət müqaviləsinin imzalanması qadağandır.
nesimi