Ən çox və ən az məhbusu olan ölkələr: Azərbaycan neçəncidir? – REYTİNQ

25.10.2021 - 15:15

World Prison Brief təşkilatı dünya ölkələrində məhbus sayı ilə bağlı reytinq dərc edib. Reytinqdə 211 ölkə və suveren ərazi yer alıb.

 

Ən çox məhbus sayının ABŞ-da olduğu müəyyənləşdirilib. Bu ölkədə 2 milyon 68 min 200 məhbus var. Növbəti pillələrdə Çin (1,69 milyon), Braziliya (811,7 min), Hindistan (478,6 min), Rusiya (471,4 min), Tailand (309,2 min), Türkiyə (291,1 min), İndoneziya (266,2 min), Meksika (220,8 min) və İran (189 min) yer alıb.

 

Rusiyadan sonra ən çox məhbusu olan ölkələr arasında 39-cu Ukrayna (49,2 min), 49-cu Türkmənistan (35 min), 50-ci Belarus (32,5 min), 52-ci Qazaxıstan (29,4 min), 62-ci Özbəkistan (22,8 min) yer alıb.

Azərbaycan 21 253 məhbus sayı ilə reytinqdə 67-ci pillədə qərarlaşıb.

 

Qırğızıstan 10,1 min məhbus sayı ilə 96-cı, Gürcüstan 9,4 min məhbusla 98-ci, Tacikistan 8 min məhbusla 107-ci, 6,4 min məhbusla Moldova, 2,1 min məhbusla Ermənistan 144-cü,

 

Siyahının ən sonuncu pilləsində 1 nəfər olsun məhbusu olmayan San-Marino yerləşib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=167876

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Dekabr 2021
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031