Mütəxəssis xərçəng riskini azaldan ədviyyat və otları sadaladı…

29.10.2021 - 11:03
Mütəxəssis xərçəng riskini azaldan ədviyyat və otları sadaladı...
Dietoloq Tatyana Dik darçın, zərdəçal(yaxud üzərlik), kəklikotu, adaçayı(“şalfey”) və qaraqınıqotunun(“duşitsa”) qida rasionuna daxil edilməsini təşviq edir, çünki bu ədviyyat və otların istifadəsi xərçəng riskini azalda bilər.
 “RİA Novosti”-nin məlumatına görə, ekspertin fikrincə, həmin ədviyyat və bitkilər xərçəng əleyhinə təsir göstərən və sərbəst radikallarla mübarizə aparan antioksidantlarla zəngindir.
Darçının qan şəkəri səviyyəsini aşağı saldığı, ürək xəstəliyi riskini azaltdığı, beyin funksiyasını yaxşılaşdırdığı və arıqlamağa kömək etdiyi məlumdur.
Tibb mütəxəssisinin sözlərinə görə, kəklikotu soyuqdəymə zamanı da faydalıdır, adaçayı həzm pozğunluğuna, qaraqınıq isə mədə-bağırsaq traktının fəaliyyətinə yaxşı təsir göstərir.

Short URL: http://www.cumhuriyyet.net/?p=167919

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31