Bu məsciddə koronavirus xəstələri üçün pulsuz oksigen konsentratorları paylanır…-İBRƏTAMİZ

29.10.2021 - 11:06
Bu məsciddə koronavirus xəstələri üçün pulsuz oksigen konsentratorları paylanır...-İBRƏTAMİZ
Krım yarımadasındakı  Beloqorsk(əsl tarixi adı Qarasubazar)  şəhərinin sahibkarları xüsusi müalicəyə ehtiyacı olan koronavirus xəstələri üçün oksigen konsentratorları alıblar. Hazırda  tibbi avadanlıqlar şəhərin Refət Vəliullah adına mərkəzi məscidindədir.
Krım Müsəlmanları Ruhani İdarəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, bunu yerli dini icmanın sədri Ablyakim Azizov bildirib.
Müsəlman din xadimi oksigen konsentratorlarının  Beloqorsk rayonunun sahibkarları və dini icmanın vəsaiti hesabına alındığını qeyd edib.  Konsentratorlar oksigen çatışmazlığından əziyyət çəkən koronavirus və digər xəstəliklərə düçar olmuş insanlara xəstəlik müddətində müvəqqəti istifadə üçün pulsuz paylanacaq.
“Vəziyyət ağırdır, bütöv ailələr  xəstədir. Bildiyiniz kimi, virus oksigen çatışmazlığına səbəb olur. Sahibkarlarımız və yerli ictimaiyyət ehtiyacı olanlara kömək etməyə çalışır” – deyə Ablyakim Azizov vurğulayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=167921

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31