ABŞ hipersəsli silahın sınağını Rusiyaya görə təxirə salıb

29.10.2021 - 11:12
ABŞ hipersəsli silahın sınağını Rusiyaya görə təxirə salıb
Cari ilin iyun ayında Cenevrədə keçirilmiş Rusiya-Amerika sammitinə bir həftədən az qalmış Ağ Ev, Rusiya ilə gərginlik yaratmamaq üçün Pentaqona ABŞ-ın hipersəs silahlarının çoxdan planlaşdırılan sınaqlarını təxirə salmağı əmr edibmiş.
Bu barədə “Politico” qəzeti ABŞ ordusu və Konqresindəki mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, ABŞ prezidenti Co Bayden həmin anda Rusiya lideri Vladimir Putinlə çətin danışıqlara hazırlaşırdı və Amerika administrasiyası sammit öncəsi bu cür təxribat xarakterli sınaqların Moskvaya yanlış siqnal verə biləcəyindən, hətta danışıqların pozulmasına səbəb ola biləcəyindən narahat idi.
Öz növbəsində, Ağ Ev bu məlumatla razılaşmayıb və bunun etibarlı olmadığını vurğulayıb. Pentaqon hələlik bu mövzuya rəsmi münasibət bildirməyib.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=167923

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930