ABŞ diplomatı Azərbaycana gəlir

02.11.2021 - 12:07

ABŞ dövlət katibi köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə yeni təyin olunan müavini Erika Olson Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcək.

 

Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.

 

Noyabrın 2-4-dək davam edəcək səfər zamanı diplomat hər üç ölkənin rəsmi şəxsləri ilə görüşəcək. O, Cənubi Qafqazda regional əməkdaşlıq və ikitərəfli əlaqələrlə bağlı müzakirələr aparacaq.

 

Məlumata görə, İrəvanda ABŞ səfirlərinin və digər diplomatik nümayəndəliklərinin toplantısı keçiriləcək. Tədbirdə Vaşinqtonun Azərbaycandakı səfiri Örl Lisenberger, Ermənistandakı səfiri Linn Treysi və Gürcüstandakı səfiri Kelli Deqnan iştirak edəcəklər.

 

Qeyd edək ki, ABŞ-ın Azərbaycan, Ermənistan və Gürcüstandakı səfirlərinin bundan əvvəlki toplantıları 2018-ci ildə Tbilisidə, 2019-cu ildə Bakıda keçirilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=168017

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31