Rusiya Türkiyənin vasitəçiliyinə qarşı çıxdı

“Ukraynanın daxilində olan problemlə bağlı Türkiyənin vasitəçiliyindən söhbət gedə bilməz”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
XİN-in rəsmi nümayəndəsi Türkiyə tərəfinin Donbass problem ilə bağlı Ukrayna ilə Rusiya arasında vasitəçilik etmək təklifinə münasibət bildirib.
“Rusiya bu münaqişədə tərəf deyil. Artıq bu, Kiyevin Donbassla olan problemidir. Ona görə də, burada Türkiyənin Ukrayna və Rusiya arasında vasitəçiliyindən söhbət gedə bilməz. Bununla belə, biz Türkiyə tərəfinə, xüsusi ilə də prezidentinə təşəkkürümüzü bildiririk. Ancaq Ankara Kiyevi Donbassa qarşı aqressiv fəaliyyət planınından çəkindirə bilər”.
Short URL: http://www.cumhuriyyet.net/?p=168502