Saakaşvilini 11 il həbs GÖZLƏYİR

02.12.2021 - 16:59

“Saakaşvili ətrafında baş verən proseslər onun xilas ola bilməsi ehtimallarını azaldır. Əslində Mişanın ölkəsinə dönəndən sonra Qərb tərəfindən lazımınca müdafiə edilməməsi bunu proqnozlaşdırmağa imkan verirdi”.

 

Bu sözləri  açıqlamasında siyasi ekspert Asif Nərimanlı Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin aqibətilə bağlı danışarkən deyib.

 

Onun sözlərinə görə, sanki hansısa qüvvə Saakaşviliyə geri qayıdacağı halda dəstək vədini vermişdi və belə demək mümkünsə aldatdılar:

 

“Bu proses Qərb dairələri üçün iki nəticə əldə etməyə imkan verdi. Həm Saakaşvilini Gürcüstan hakimiyyətinin ovucuna atdılar və bununla rəsmi Tiflisin arzusunu yerinə yetirmiş oldular. Həm də Saakaşvili kimi fiqurun həbsdə qalması davamlı olaraq, Gürcüstan hakimiyyətinə təzyiq elementi əldə etmək imkanı verdi. Onun əvvəldən lazımınca müdafiə olunmaması da bunu göstərir”.

 

Saakaşviliyə qarşı irəli sürülən ittiham 11 il müddətində azadlıqdan məhrum edilməsi ilə nəticələnə bilər:

 

“Məhkəmə işinin siyasi olduğu bəllidir, lakin motiv vəzifədə olduğu dövrdə dövlət büdcəsini mənimsəmə ilə bağlıdır. Media bunu “pencək işi” adlandırır, yəni dövlət büdcəsinin vəsaitini bahalı geyimlərə xərcləməkdə ittiham edir. Bununla yanaşı, əlavə iki ittiham da var. Biri 2007-ci il noyabrın 7-də keçirilən mitinqin dağıdılması, digəri Gürcüstan parlamentinin keçmiş deputatı Valeri Gelaşvilinin döyülməsi ilə bağlıdır. Bu iki iş siyasi xarakter daşıyır. Gürcüstan hakimiyyəti siyasi xarakter daşıyan bu iki ittihama “pencək işini” ona görə əlavə edib ki, siyasi motivli ittihamlarla həbs alınmasa, ən azı büdcə vəsaitinin talanması ilə həbs etsinlər. Proseslər göstərir ki, Saakaşvili həbs ediləcəyi ehtimal daha böyükdür”.

 

Qeyd edək ki, Gürcüstanın üçüncü prezidenti oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavidəki həbsxanaya yerləşdirilib. O, noyabrın 8-də Tbilisidəki Qldani türməsinin xəstəxanasında müalicəyə alınıb. Əlli gün aclıq aksiyası keçirən siyasətçi noyabrın 20-də Qoridəki hərbi hospitala köçürülüb. M.Saakaşvili bundan sonra aclıq aksiyasını dayandırıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=168570

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2022
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31