Ermənilərin Rusiyaya münasibəti kəskin pisləşib, Fransaya yaxşılaşıb – SORĞU

15.12.2021 - 16:43

Ermənistanda Rusiya yönümlü “Avrasiya ekspert klubu” və “İnkişaf inteqrasiyası” təşkilatlarının keçirdiyi sorğunun nəticələri açıqlanıb.

Sorğunu keçirən təşkilatlar rusiyameylli olsalar da, ermənilərdə getdikcə Rusiyaya münasibətdə yaranan narazılığı və hətta nifrəti gizlədə bilməyiblər. Ona görə də nəticələr hətta mümkün saxtalaşdırmalardan sonra belə heç də Rusiyanın xeyrinə deyil.

Sorğuda iştirak edənlərdən Rusiyanı, yoxsa Fransanı dost ölkə hesab etdikləri soruşulub. Məlum olub ki, yalnız 3 ermənidən biri, yəni respondentlərin 35 faizi Rusiyanı dost ölkə hesab edir. Fransanı dost hesab edənlər isə daha çoxdur – 43 faiz. Hər 5 ermənidən biri isə Rusiyanı qeyri-dost, yəni az qala düşmən dövlət saydığını bildirib. Fransanı qeyri-dost sayanlar isə cəmi 2 faiz olub. Respondentlərin 30 faizə yaxını qoyulan suallara cavab verməyə çətinlik çəkib.

Maraqlıdır ki, eyni təşkilatların müharibədən əvvəl, 2019-cu ildə keçirdiyi sorğunun nəticələri tamamilə fərqli olub. Belə ki, Ermənistanda Nikol Paşinyanın başçılığı ilə qərbyönümlü inqilab baş verməsinə baxmayaraq, 2019-cu ildə ermənilərin demək olar yarısı, daha dəqiq desək, 47 faizi Rusiyanı dost dövlət adlandırıb. Fransa üçünsə bu göstərici cəmi 12 faiz olub. Deməli, ermənilərin Fransaya sevgisi ötən müddət ərzində dörd dəfəyədək artıb. Yəqin ki, sözügedən sorğunu nisbətən müstəqil və şəffaf təşkilatlar keçirsəydi, daha fərqli nəticələr üzə çıxardı və bu fərq qətiyyən Rusiyanın xeyrinə olmazdı.

Ancaq hətta bu nəticələr də göstərir ki, 44 günlük müharibə ermənilərin şüurunda bir çox dəyişikliklərə səbəb olduğu kimi, onların Rusiyaya münasibətinə də təsir edib. Görünür, hər zaman əli Rusiyanın ətəyində olan nankor toplum rusların onların əvəzinə gəlib Azərbaycan torpaqlarında döyüşəcəyi illüziyasının puç çıxmasından bərk məyus olub…

Cəlal

“AzPolitika.info”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=168765

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930