“Saqqal onlarda, sifət məndə” – Binəli Yıldırım CHP-li deputata CAVAB VERDİ

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırımın Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallılar Şurasına sədr seçilməsi Cümhuriyyət Xalq Partiyası (CHP) tərəfindən etirazla qarşılanıb.
Cümhuriyyət Xalq Partiyasından (CHP) olan deputat Mahmud Tanal bu seçimə sərt reaksiya verərək, “Binəli Yıldırımın heç saqqalı yoxdur” deyib.
Binəli Yıldırım isə qarşı tərəfin iradına cavabı gecikdirməyib.
Belə ki, AKP sədrinin müavini bu gün Ankarada Estergon Türk Kültür Mərkəzində keçirilən “Şuşa – Bərabər yürüdük biz bu yollarda” kitabının təqdimatı zamanı siyasətçi həmkarına cavab verib.
“Saqqal onlarda, sifət məndə”,- deyə Binəli Yıldırım bildirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=168802