“Bizdə də Türkiyədəki kimi ola bilər” – Putin pul siyasətindən danışdı

23.12.2021 - 16:41

Rusiya Prezidenti Vladimir Putin bu gün keçirdiyi geniş mətbuat konfransında ölkəsinin Mərkəzi Bankının maliyyə-pul siyasətinə toxunub. 

V.Putin son günlərdə Türkiyə milli valyutası ilə bağlı yaşanan durumun ölkəsində təkrar olunmasını istəmədiyini bildirib. Rusiya Mərkəzi Bankının bəzən sərt monetar siyasət yürütdüyünü və biznes dairələrinin bunun əleyhinə olduğunu qeyd edən Putin rublun dayanıqlığını təmin etmək üçün başqa yolun olmadığını deyib: “Əlbəttə, burada Mərkəzi Bankı söymək olar. Mən hər gün real iqtisadiyyatdakı həmkarlarımla təmasdayam. Mən bilirəm, onlar Mərkəzi Bankı necə söyürlər və onların arqumentlərini də bilirəm. Mən faiz dərəcələrinin artmasından real sektorun narazı qaldığını da bilirəm. Ancaq bu edilməsə, bizdə də Türkiyədəki kimi ola bilər, problem bundadır”.

Bununla da Rusiya Prezidenti Mərkəzi Bankın yüksək faiz dərəcələrini saxlamasını dəstəklədiyini və dolayısıyla Türkiyə hakimiyyətinin maliyyə siyasətini bəyənmədiyini ifadə edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=168981

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930