Pul qarşılığında 8 nəfərin yerinə peyvənd olundu – TUTULDU

24.12.2021 - 12:14

Belçikanın Şarlerua şəhərində COVID-19 peyvəndini vurdurmaq istəməyənlərin yerinə 9-cu dəfə peyvənd olunan şəxs saxlanılıb.

 

Hadisə peyvənd mərkəzlərinin birində qeydə alınıb və 33 yaşlı şəxs xəstəxana işçisi tərəfindən ifşa olunub.

 

Həmin şəxsinin 100-150 avro qarşılığında başqalarının yerinə peyvənd olunduğu məlum olub.

 

Ard-arda 8 doza peyvənd olunan insanın səhhətinin yaxşı olduğu bildirilir. İstintaq başa çatdıqdan sonra sözügedən adamın və peyvəndin pulunu ödəyən şəxslərin 5 ilə qədər həbs və cərimə olaraq 800.000 avro ödəyəcəyi qeyd olunub.

 

Analoji hadisənin təxminən bir həftə öncə Yeni Zelandiya və Braziliyada da qeydə alındığı açıqlanıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=169007

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728