Rusiyada 26 dərəcə şaxta var – Dərslər dayandırıldı

Rusiyanın Çelyabinsk şəhərində kəskin hava şəraiti ilə əlaqədar məktəblərin ibtidai siniflərində dərslər bir günlük ləğv olunub.
Bu barədə şəhərin növbətçi-dispetçer xidməti məlumat verib.
Qeyd olunur ki, səhər saatlarında şəhər ərazisində mənfi 26 dərəcə temperatur qeydə alınıb.
Bununla əlaqədar hər iki növbə üzrə 1-4-cü siniflərdə dərslərin dayandırılması qərara alınıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=169046