Dünya ölkələrində heykəllərə HÜCUM – Biz Tağıyevin təsbehi ilə yaxşı qurtardıq – FOTOLAR

19.01.2022 - 12:46

Məşhur milyonçu Hacı Zeynalabdin Tağıyevin dünən Bakıda açılmış heykəlinə zərər yetirilməsi gündəmin əsas mövzularından olub. Sosial şəbəkələrdə heykəlinin əlindəki təsbehi qırıb kənara atanları vandal adlandıranlar hiddətlərini də ifadə ediblər.

Daxili İşlər Nazirliyi hadisəni törədənlərin tapılması üçün araşdırmaları davam etdirir. Artıq günahkarların kimliyi məlumdur.

Ümid edirik ki, hacının heykəlinə qarşı edilən hörmətsizlik hüquqi qiymətini alacaq.

Abidlərə qarşı hücumlar yeni deyil. Müxtəlif ölkələrdə belə hadisələr dəfələrlə baş verib. Bəzi hallarda heykəllərə təkcə zərər yetirilməyib, hətta onları yerli-dibli oğurlayıb aparıblar, günahkarlar da heç tapılmayıb.

Müxtəlif illərdə fərqli ölkələrdə heykəllərə qarşı baş vermiş bəzi hücum faktlarını diqqətinizə çatdırır.

2008-ci ilin iyununda Türkiyənin İstanbul şəhərinin Esenyurt rayonunda tanınmış şair Nazim Hikmətin heykəli oğurlanıb. 1 metr 85 sm hündürlüyü və 400 kiloqram çəkisi olan bürünc heykəli oğurlayanlar özlərindən sonra heç bir iz qoymayıblar.
Bələdiyyə işçiləri heykəlin oğurlanldığını görən kimi polisə məlumat veriblər. Araşdırmalar başlansa da, heykəlin kimlər tərəfindən və nə məqsədlə oğurlandığı məlum olmayıb.

2012-ci ilin yanvarında Güney Azərbaycanın Təbriz şəhirndə məşhur şair Məhəmmədhüseyn Şəhriyarın da heykəli yoxa çıxıb. Ustad Şəhriyar bulvarının girəcəyində qoyulmuş heykəlin kim tərəfindən oğurlandığı məlum deyil.

2015-ci ilin fevralında Rusiyanın paytaxtı Moskva şəhərində Puşkinin heykəli oğurlanıb.
Heykəli oğurlayanlar onu “Narodnaya opolçeniya” küçəsində yerləşən 32 nömrəli evin qarşısındakı parkdan aparıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları heykəlin tapılmasına çalışsalar da, buna nail ola bilməyiblər.

2015-ci ilin martında Ukraynanın Çerkasski vilayətində naməlum şəxslər şair Taras Şevçenkonun heykəlinə hücum ediblər. Heykəl şairin doğma kəndində qoyulmuşdu. Cinayətkarlar sənət əsərinin bir hissəsini kəsərək aparmışdılar.

2016-cı ildə Moskvada “Mosfilm” kinostudiyasının qarşısından – Ulduzlar prospektindən məşhur aktyor Yevgeni Leonovun da abidəsi oğurlanmışdı. Sonradan məlum olmuşdu ki, heykəli oğurlayan miqrantlar onu dəmirçilərə satıblar. Dəmirçilər isə abidəni hissə-hissə doğramışdılar. O zaman Rusiyada bu hadisəni terror adlandırmışdılar.

2018-ci ilin fevralında amerikalı Mişel Rohana adlı gənc Çinə aid 2000 yaşı olan “Terrakota döyüşçüləri”  heykəllərinin olduğu sərgidə selfi çəkdirdiyi abidənin baş barmağını oğurlayıb. Beş milyon dollara yaxın dəyəri olan abidə Filadelfiyadakı Fraklin İnstitutunda sərgilənən 10 Terrakota heykəlindən biri idi.
Mişel Rohana öncə heykəllə şəkil çəkdirib, daha sonra onun baş barmağını qopararaq cibinə qoyub.
Muzeydə çalışanlar barmağın yerində olmadığını bir neçə gün sonra görüblər. FTB kamera görüntülərindən Mişeli tapıb və o, günahını etiraf edib. Gənc pul ödəyərək, həbsdən canını qurtarıb.

2018-ci ilin iyulunda Almaniyanın Qronau şəhərində rok-musiqiçi Udo Lindenberqin 130 santimetr hündürlüyündəki heykəli də oğruların hədəfi olub. Tunc heykəli oğurlayan cinayətkarlar tapılmayıb.

2018-ci iln dekabrında Ermənistanda naməlum şəxslər baş nazir Nikol Paşinyanın heykəlini zədələyiblər. Heykəl Vanadzor-Gümrü avtomobil yolunda quraşdırılıb. Bu abidə Paşinyanın başladığı və daha sonra inqilaba səbəb olan yürüyüş-aksiyanı simvolizə edir. Naməlum şəxslər Paşinyanın heykəlinin ayağının bir hissəsini kəsib aparıblar.

2019-cu ilin iyununda Hollivudun “Tanınmışlar” xiyabanının yaraşığı olan aktrisa Merilin Monronun məşhur görünüşünü özündə əks etdirən heykəli naməlum şəxslər tərəfindən oğurlanıb. Oğurlanan heykəlin taleyi naməlum olaraq qalıb.
Merilin Monronun tunc heykəlini tapmağa çalışan Los-Anceles polisi oğrular barəsində cinayət işi açıb.

2020-ci ilin iyununda Türkiyənin Ədirnə bölgəsinin Keşan rayonundakı Böyük Cami məhəlləsində Kunduracılar bazarında qoyulan uşağı qucağında selfi çəkdirən qadın heykəlinin telefonu naməlum şəxslər tərəfindən oğurlanıb. Keşan Bələdiyyəsi tərəfindən qoyulan heykəlin əlindəki telefon gipsdən imiş.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=169652

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930