“Varlılarla kasıblar arasında fərq qəbulolunmaz həddə çatıb…” – Tokayev etiraf edir

21.01.2022 - 12:25

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədəki biznes təmsilçilərilə keçirdiyi görüşdə maraqlı fikirlər səsləndirib. 

Görüşlə bağlı məlumat yayan “TASS” Agentliyi Tokayevin yanvarın əvvəlində baş verən iğtişaşlara görə məsuliyyəti yenə də dolayısı ilə Nazarbayev idarəçiliyinin üzərinə yıxmağa çalışdığını bildirib.

Bununla yanaşı, Tokayev özünün də uzun illərdir yüksək vəzifələr tutduğu hakimiyyətin səhv siyasəti və addımları nəticəsində ölkədə dərin təbəqələşmənin baş verdiyini və son qanlı hadisələrin kökündə də məhz bu amilin durduğunu etiraf edib: “Varlılarla kasıblar arasındakı fərq sadəcə, qəbulolunmaz həddə çatıb. Sizə də yaxşı məlum olan korrupsiya fonunda gəlirlərdəki bu cür təbəqələşmə barıt çəlləyini alışdıran kibrit rolunu oynadı ki, bundan da terrorçular, yaraqlılar və onların arxasında duran qəsdçilər istifadə etdilər.”

Tokayev deyib ki, iğtişaşlar illər boyu yığılıb qalmış problemləri üzə çıxardı. Daha sonra çıxış yolunun islahatlardan keçdiyini deyən Tokayev həmin islahatların “real və Qazaxıstan vətəndaşlarının maraqlarına uyğun” şəkildə həyata keçiriləcəyini vəd edib.

Xatırladaq ki, daha öncə Qazaxıstan prezidenti ölkədə baş verənləri “terrorçuların Qazaxıstana hücumu” kimi qələmə verirdi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=169682

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2022
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031