Baydendən hədə: Putinə qarşı şəxsi sanksiyalar verilə bilər

26.01.2022 - 12:25

ABŞ prezidenti Co Bayden bildirib ki, Rusiya Ukraynaya müdaxilə edərsə, Vaşinqton Rusiya lideri Vladimir Putinə qarşı sanksiyalar tətbiq edəcək.

Vaşinqtonda jurnalistlər Ağ Ev rəhbərindən “Ukrayna Rusiya qüvvələri tərəfindən işğal olunarsa, Putinə qarşı şəxsi sanksiyaların tətbiqi imkanı”nı görüb-görmədiyi soruşulub.

“Bəli”, – Bayden cavab verib: “Mən bunu görürəm”.

“Mən çoxdan prezident Putinə açıqladım ki, o, Ukraynaya müdaxiləyə keçərsə, ciddi nəticələr, o cümlədən mühüm iqtisadi sanksiyalar olacaq və mən həmçinin NATO-nun şərq cinahında – Polşa, Rumıniyada mövcudluğumuzu artırmağı zəruri hesab edəcəyəm”, – Amerika lideri bildirib.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov CNN telekanalına müsahibəsində ABŞ-da Rusiya rəhbərliyinə qarşı təklif olunan sanksiyaların iki ölkə arasında münasibətlərin dayandırılmasına səbəb ola biləcəyini bildirmişdi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=169769

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930