“ABŞ Rusiyanın nüvə gücünü Ukrayna sərhədində yerləşdirdiyini müşahidə etmir” – Nuland

01.02.2022 - 07:40

Birləşmiş Ştatlar hazırda Rusiyanın nüvə silahının və onun daşıyıcı vasitələrinin Ukrayna sərhədində yerləşdirdiyini qeydə almır.

Bu barədə yanvarın 30-da ABŞ Dölət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland CBS telekanalının efirindən bəyan edib.

«Biz, nüvə silahının yerdəyişməsini görməmişik. Rusiyada insanlar arasında bəzi boş söhbətlər olub. Amma bildiyiniz kimi, Rusiyada artıq Kalininqradda və başqa yerlərdə taktiki nüvə silahı var ki, onlar Avropanı vura bilər» – Nuland bəyan edib.

Bununla yanaşı, o, ABŞ və Rusiyanın təhlükəsizlik qarantiyası tələbləri barədə mümkün danışıqları şərh edib.

Nulandın fikrincə, ABŞ və Rusiya orta və uzaq mənzilli raketlərin yerləşdirilməsi məsələlərini müzakirə etməyə hazırdır. O, Moskvanın Vaşinqtondan hiss etdiyi və əksinə, təhdid məsələsinin müzakirəsini beləcə mümkün hesab edib. Tərəflər həm də təlimlər və ordunun yerləşdirilməsi məsələlərini müzakirə edə bilərlər – ancaq yalnız qarşılıqlı əsaslarla.

Short URL: http://www.cumhuriyyet.net/?p=169859

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728