Ermənistan prezidenti istefasını geri götürməyib

01.02.2022 - 07:44

Ermənistan Prezidenti Armen Sarkisyan bir həftə ərzində istefasını geri götürməyib. Bu barədə  Ermənistan mətbuatına istinadən xəbər verilir.

Onun istefa ərizəsi artıq qüvvəyə minib. Ölkənin “Parlamentin reqlamenti haqqında” qanuna əsasən, prezidentin istefası yeddi gün ərzində ərizəsini geri götürmədiyi təqdirdə qüvvəyə minir.

Qeyd edək ki, Armen Sarkisyan yanvarın 23-də istefa verib. O, qeyd edib ki, istefasına səbəb ölkənin daxili və xarici siyasətinə təsir rıçaqlarının olmaması ilə əlaqədardır: “Ölkə formaca prezident respublikasıdır, amma məzmunca yox”.

Xatırladaq ki, Armen Sarkisyan 2018-ci ildə Ermənistan prezidenti seçilib. Onun bu vəzifəyə namizədliyi həmin dövrdə dövlət başçısı olmuş Serş Sarqsyan tərəfindən irəli sürülmüşdü.

Short URL: http://www.cumhuriyyet.net/?p=169861

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728