Britaniya Rusiya şirkətlərinin aktivlərini dondura bilər

Ukrayna ətrafındakı vəziyyət fonunda hazırlanan Böyük Britaniyanın yeni sanksiya rejimi Rusiyaya məxsus biznes şəbəkələrinin dondurulmasını nəzərdə tutur.
Bu barədə Böyük Britaniyanın xarici işlər naziri Liz Trass məlumat verib.
O, əvvəllər demişdi ki, sanksiyalar rusiyalı “oliqarxların” Londondakı əmlakının müsadirəsini də əhatə edə bilər.
“Biz Kremlin sabitliyi pozan hərəkətlərinə görə ağır bədəl ödəməsini təmin edəcəyik. Onların Böyük Britaniyadakı aktivləri dondurulacaq və Böyük Britaniya şirkətləri və şəxsləri onlarla əməliyyat apara bilməyəcək; əgər onlar Böyük Britaniyaya daxil olmaq istəsələr, onlara rədd cavabı veriləcək”, – deyə Trsss bildirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=169863