Ukrayna və Türkiyə azad ticarət zonası haqqında saziş imzalayıb

03.02.2022 - 19:32
Ukrayna və Türkiyə arasında azad ticarət zonası haqqında saziş imzalanıb.

“Report” xəbər verir ki, Türkiyə və Ukrayna prezidentləri Rəcəb Tayyib Ərdoğan və Volodimir Zelenskinin iştirakı ilə baş tutan sənədin imzalanması mərasimi Ukrayna prezidenti ofisinin rəsmi feysbuk səhifəsində yayımlanıb.

Sənəddə qeyd olunur ki, saziş iki ölkə arasında ticarətin intensivləşməsinə, ixracın artmasına, yeni iş yerlərinin yaradılmasına, texnologiyanın transferinə və təcrübə mübadiləsinə töhfə verəcək.

Tərəflər əvvəllər azad ticarət zonasının yaradılması üzrə danışıqları 2016-cı ilin sonuna, 2017-ci ildə isə 2019-cu ilin sonuna qədər başa çatdırmaq barədə razılığa gəliblər. Lakin tarif məsələlərində uyğunsuzluqlar səbəbindən tarixlər gecikdirilib.

Qeyd edək ki, 2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 7,42 milyard dollar təşkil edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=170058

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728