Afrikada “omikron” ştamının alt növləri aşkarlanıb

03.02.2022 - 23:18
Afrikada koronavirusun “omikron” ştamının alt növləri aşkarlanıb.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Afrika ofisinin baş virusoloqu Niksi Qumede-Moeletsi bildirib.

“Omikron”un BA.2 adlı yeni alt növü qitənin beş ölkəsində müəyyən edilib: Botsvana, Keniya, Malavi, Seneqal və Cənubi Afrika.

“BA.2-ni müəyyən etmək çox çətindir, çünki “omikron” ştamını aşkar etmək üçün hazırlanmış koronavirus testləri onu “görmür”. Biz bu alt növün dəqiq təsvirini əldə etmək üçün dünyanın bir sıra laboratoriyaları ilə işləyirik”, – ÜST rəsmisi deyib.

Ötən ay BA.2 Avropada, xüsusən Danimarkada müəyyən edilib. Danimarka alimlərinin fikrincə, alt növün yayılma qabiliyyəti artıb.

ÜST mütəxəssisləri hələlik Afrikada aşkar edilən virus variantının nə qədər patogen olduğunu deyə bilmirlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=170105

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728