Türkiyə kosmik gəmi istehsal edəcək

09.02.2022 - 10:21

Ay missiyası Türkiyənin Milli Kosmos Proqramının mühüm vəzifələrindən biridir.

 

Bunu Türkiyə Kosmik Agentliyinin rəhbəri Serdar Hüseyn Yıldırım Bursadakı Gökmen Aerokosmik Tədris Mərkəzində (GUHEM) Stardust foto sərgisini ziyarət edərkən Anadolu Agentliyinə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, Ay missiyasının həyata keçirilməsi Türkiyəni tamamilə fərqli texnoloji səviyyəyə çıxaracaq.

 

“Aya çatmaq ilk baxışdan göründüyü qədər asan məsələ deyil. Biz bunun üzərində işləyirik. Agentliyimiz TÜBİTAK-ın Kosmik Tədqiqatlar İnstitutuna Aya uçuş üçün kosmik gəminin tikintisini sifariş edib.

 

Qurğunun yaxın iki il ərzində Yer peykinə buraxılması planlaşdırılır. Onun hazırlanmasında yerli Delta V hibrid mühərriki əsas götürülüb.Onun inteqrasiyası və kosmik şəraitə uyğunlaşdırılması istiqamətində işlər davam etdirilir”, – Yıldırım bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=170269

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728