Müstəqil jurnalistlər Rusiyadan gedir – “Xarici agent”lərin ölkədə qalması təhlükəlidir

09.02.2022 - 12:52

Xatırladaq ki, fiziki şəxslərin “xarici agent” siyahısına salınmasına 2020-ci ilin dekabrında başlanıb. Sonuncu dəfə ötən il dekabrın 30-da siyahıya adlar əlavə olunub.

Rusiyada bir neçə “xarici agent” reyestri var, ancaq fiziki şəxslər – ölkə vətəndaşları hazırda yalnız KİV- “xarici agentlər” reyestrinə salınır. Bu status fərdin üzərinə çoxsaylı öhdəliklər qoyur – hüquqi şəxs yaradılmalı, gəlirlər və xərclər barədə məcburi hesabat verilməli, bütün nəşrlərin, hətta sosial şəbəkələrdəki şəxsi hesablarda qeydlərin üzərinə belə “xarici agent” statusu haqda xüsusi qeyd əlavə edilməlidir.

BBC reyestrə salınanların daha bir statistikasını aparıb. Siyahıya 32 moskvalı, 13 peterburqlu, Kazanın beş sakini, Vladivostok, Samara, Pskov və daha 16 şəhərin sakinləri salınıb.

Siyahıdakı 75 nəfərin 41-i rusiyalı jurnalistlərdir. Onların təxminən yarısı sonucda Rusiyadan getməli olub. Anonimliyini saxlamaq istəyən biri qərarını belə izah edib ki, “xarici agentlik” sonucda cinayət təqibinə yol aça bilər. Sözügedən qanunun bəzi normaları aydın ifadə edilmədiyindən onların pozulması ehtimalı var.

Reyestrə salınanlardan 10-dan artıq jurnalist ya keçmişdə, ya da hazırda “Azadlıq” radiosu, korporasiyanın müxtəlif layihələri ilə əməkdaşlıq ediblər. Radio “xarici agent” reyestrinə ilk salınanlardandır.

Ədliyyə Nazirliyi “Qolos” seçicilərin hüquqlarını müdafiə hərəkatının 20 koordinatoru və şura üzvünü də “xarici agent” siyahısına əlavə edib. İctimai hərəkatın özü də siyahıdadır. Reyestrdə 14 vəkil, hüquq-müdafiəçisi və rəssam, eləcə də İvan Povlov, yazıçı Viktor Şenderoviç, qalereyaçı Marat Gelman da var. Onlar da Rusiyadan kənarda yaşayırlar.

Rəyi soruşulan “xarici agentlər”in yalnız 14 faizi heç bir halda Rusiyadan getməyəcəyini deyib. Məsələn, reyestrə adı salınmış ilk Rusiya vətəndaşı, hüquq-müdafiəçisi Lev Ponomaryov ölkədən çıxmağı planlaşdırmır.

Short URL: http://www.cumhuriyyet.net/?p=170295

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728