Rusiya Türkiyənin vasitəçiliyindən imtina etmir – Çavuşoğlu

Rusiya Ankaranın vasitəçiliyilə Ukrayna ilə danışıqlar perspektivindən tamamilə imtina etmir.
Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Ukrayna bizim Rusiya ilə danışıqlar aparmaq təşəbbüsümüzə müsbət reaksiya verdi. Rusiya Federasiyası belə bir görüşdə iştirak üçün qapını bağlamır. Lakin tarixlər də daxil olmaqla müzakirələr davam edir. Türkiyə yaxın vaxtlarda Rusiya Federasiyası ilə Kiyev və Moskva arasında münasibətlərdə gərginliyin azaldılmasında Ankaranın iştirakının mümkünlüyünü müzakirə etmək niyyətindədir”,- nazir bildirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=170323